PSJ “Barselona”nın hücumçusu Lamin Yamalı transfer etməyə çalışıb.
Msport.az xəbər verir ki, bu haqda “Barselona”nın prezidenti Joan Laporta danışıb.
O, Paris təmsilçisinin 18 yaşlı forvard üçün fantastik məbləğ təklif etdiyini söyləyib: “Fəxr etdiyim şeylərdən biri də budur: PSJ Yamal üçün 250 milyon təklif etdi. Biz isə “yox” dedik. Onun klubumuzla 2030-cu ilə qədər qüvvədə olan müqaviləsi var”.
Qeyd edək ki, Lamin Yamal “Barselona”nın heyətində bütün turnirlərdə 142 oyun keçirib, 44 qol vurub və 49 məhsuldar ötürmə edib.