EN

Rusiya Su-27 qırıcısını vurduğunu elan etdi: Sükan arxasında polkovnik olub

Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus Su-27 qırıcı təyyarəsini vurduğunu iddia edib.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, məhv edilən təyyarənin pilotu Ukrayna Silahlı Qüvvələrinin 39-cu taktiki aviasiya briqadasının komandiri, polkovnik Aleksandr Dovqaç olub.

Rusiya tərəfi pilotun hadisə yerində həlak olduğunu bildirir. Ukrayna tərəfi hələlik briqada komandirinin ölümü və ya təyyarənin itirilməsi ilə bağlı rəsmi bəyanat yaymayıb.

Qeyd edək ki, 39-cu briqada Ukraynanın Jitomir vilayətində dislokasiya olunub və müharibənin əvvəlindən ən aktiv hava döyüşlərində iştirak edən bölmələrdən biri hesab edilir.

Aleksandr Dovqaç təcrübəli pilot kimi tanınır və onun itirilməsi, təsdiqlənəcəyi təqdirdə, Ukrayna aviasiyası üçün ağır itki sayılacaq. Hazırda cəbhənin müxtəlif istiqamətlərində hava üstünlüyü uğrunda şiddətli mübarizə davam edir və Rusiya tərəfi son günlər Ukraynanın bir neçə zərbə təyyarəsini sıradan çıxardığını iddia edir.

Musavat.com

Chosen
73
musavat.com

1Sources