EN

Bu vilayətin demək olar ki, hamısını azad etmişik Ukrayna

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin demək olar ki, hamısını azad edib, yalnız bir neçə yaşayış məntəqəsi qalıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Aleksandr Komarenko deyib.

“Qüvvələrimiz Dnepropetrovsk və Zaporojye bölgələrinin qovşağında planlaşdırılmış hücum əməliyyatı keçirir. Bu əməliyyatlar zamanı artıq 400 kvadrat kilometrdən çox ərazi azad edilib. Dnepropetrovsk bölgəsinin demək olar ki, bütün ərazisi azad edilib", - Komarenko bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
71
2
axar.az

3Sources