Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi ölkənin sabiq prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın saxlanılması barədə qərar verib.
KONKRET.az globalinfo-ya istinadən bildirir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində Aleksandr Sərkisyan külli miqdarda mənimsəmədə ittiham olunur.