ain.az, 525.az portalına istinadən məlumat verir.
“Neft qiymətlərinin yüksəlməsi Azərbaycan iqtisadiyyatının gəlirlərini artırır. Çünki baha satmaq şansın yaranır. Amma bu stabil olmadığından, situativ hal olduğundan nə qazancı müəyyənləşdirmək mümkündür, nə də rifahı. Çünki neft şirkətləri də büdcəyə vergini rüblük şəkildə ödəyirlər. Hardasa aprelin ortasında Maliyyə nazirliyinin əlində tam real məlumatlar olacaq ki, neft-qaz sektorundan proqnoz göstəricisindən nə qədər çox və ya az vəsait daxil olub büdcəyə”.
Bunu 525.az-a enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib. Ekspertin sözlərinə görə, problem odur ki, ildə təqribən 2 dəfə Azərbaycan neftinin orta ixrac qiyməti açıqlanır. İlin ortasında Neft Fondu illik hesabatı zamanı ötən ilin göstəricisini, bir də gələn ilin büdcəsi tərtib olunarkən cari ilin 9 ayının yekununda olan qiymətlər göstərilir.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.