ain.az, Apa.az saytına istinadən bildirir.
Rusiyanın neft ixracına qarşı ABŞ sanksiyalarının aradan qaldırılması mövzusu Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında söhbət zamanı ətraflı müzakirə olunmayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr, bu mövzu heç bir şəkildə ətraflı müzakirə olunmayıb", - Kremlin sözçüsü vurğulayıb.
Bununla yanaşı, Peskov qeyd edib ki, sanksiyaların qlobal iqtisadiyyat üçün nəticələri hər kəsə, həm Trampa, həm də Putinə yaxşı məlumdur: "Əlbəttə ki, ABŞ-ın atdığı addımlar - yəni neft məhdudiyyətləri – Fars körfəzindəki vəziyyət fonunda qlobal enerji bazarlarını sabitləşdirmək cəhdləri ilə bağlıdır".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.