EN

TDT nin Baş katibi Türkiyənin ədliyyə naziri ilə görüşüb

Azertag saytına istinadən ain.az xəbər verir.

Ankara, 10 Mart, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömüralıyev Ankarada Türkiyənin ədliyyə naziri Akın Gürlek ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər, məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsi və Türk dövlətləri arasında hüquqi ekspertiza mübadiləsinin genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Bu çərçivədə məhkəmə-hüquq sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, hüquqi çərçivələrin uyğunlaşdırılması, eləcə də üzv və müşahidəçi dövlətlər arasında potensialın gücləndirilməsi proqramlarının dəstəklənməsinə yönəlmiş birgə təşəbbüslərin hazırlanmasına xüsusi diqqət yetirilib.

Tərəflər TDT çərçivəsində məhkəmə-hüquq sahəsində sıx əməkdaşlığın davam etdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində hazır olduqlarını ifadə ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
2
azertag.az

3Sources