EN

InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Mart ayının ilk həftəsi qlobal maliyyə bazarlarında həmmakroiqtisadi göstəricilərin, həm də geosiyasi proseslərin təsiriilə formalaşan yüksək volatilliklə yadda qaldı. ABŞ, Almaniya,Avrozona və İngiltərədə açıqlanan iqtisadi məlumatlar monetarsiyasət gözləntilərini yenidən gündəmə gətirərkən, ABŞ–İranmünasibətlərində davam edən gərginlik investorların riskqiymətləndirmələrini sərtləşdirdi. İnvestAz şirkətinin analitiklərininfikrincə bu fon dünya birjalarında ehtiyatlı ticarət mühitininformalaşmasına və əsas aktiv siniflərində nəzərəçarpacaq qiymətdəyişikliklərinə səbəb oldu.

ABŞ: iqtisadi göstəricilər və monetar siyasətgözləntiləri

ABŞ-da bu dövrdə açıqlanan makroiqtisadi məlumatlar iqtisadiaktivliyin müəyyən qədər zəiflədiyini göstərdi. İstehlak sektorundaartım tempinin yavaşlaması və bəzi biznes göstəricilərində müşahidəolunan ehtiyatlı dinamika Federal Ehtiyatlar Sisteminin monetarsiyasətinə dair müzakirələri yenidən aktuallaşdırdı. İnflyasiyanıntədricən sabitləşməsi faiz endirimi perspektivlərini bazarlardagündəmdə saxladı. İnvestAz şirkətinin analitikləri bu vəziyyətinABŞ dollarının qlobal valyuta bazarlarında güclü və davamlıyüksəliş trendi formalaşdırmasının qarşısını aldığına və dollarındalğalı dinamika nümayiş etdirməsinə səbəb olduğunuvurğulayırlar.

Avrozona və Almaniya: zəif sənaye aktivliyi

İnvestAz şirkətindən verilən məlumata görə, Avrozonada vəxüsusilə Almaniyada açıqlanan sənaye və biznes göstəriciləriiqtisadi bərpanın hələ də zəif olduğunu göstərdi. İstehsalsektorunda davam edən zəiflik Avropa iqtisadiyyatının əsaslokomotivi olan Almaniyanın hələ də struktur problemlərləüzləşdiyini ortaya qoydu. İnflyasiya təzyiqlərinin aşağı qalmasıAvropa Mərkəzi Bankının yumşaq monetar siyasətini davam etdirəcəyigözləntilərini gücləndirdi. Bu fonda avro məhdud diapazonda ticarətolundu və Avropa fond bazarlarında ehtiyatlı mövqe üstünlük təşkiletdi.

İngiltərə: kövrək iqtisadi dinamika

İngiltərədə açıqlanan iqtisadi göstəricilər iqtisadi artımınzəif və qeyri-sabit qaldığını təsdiqlədi. İstehlak və investisiyagöstəricilərində məhdud artım Bank of England-ın monetar siyasətdəehtiyatlı mövqeyini qoruyacağını göstərdi. Bu fonda funt sterlinqbeynəlxalq bazarlarda dalğalı ticarət nümayiş etdirdi vəinvestorların İngiltərə iqtisadiyyatına yanaşması ehtiyatlı olaraqqaldı.

​Geosiyasi proseslər: ABŞ–İran gərginliyinin bazarlaratəsiri

02–08 mart həftəsində qlobal bazarlar üçün əsas geosiyasi riskABŞ–İran münasibətlərində davam edən gərginlik oldu. Körfəzbölgəsində təhlükəsizlik narahatlıqları və sərt siyasi ritorikaenerji bazarlarında risk premyasını artırdı. Bu vəziyyətinvestorların riskli aktivlərdən qismən uzaqlaşmasına və təhlükəsizaktivlərə yönəlməsinə səbəb oldu. ABŞ–İran xəttindəki gərginlikxüsusilə neft və qızıl bazarlarında həssas qiymət reaksiyalarınasəbəb oldu və bazar iştirakçıları regiondakı inkişafları diqqətləizləməyə davam etdilər.

ABŞ dolları: qeyri-müəyyən və oynaqdinamika

ABŞ dolları həftə ərzində ziddiyyətli dinamika nümayiş etdirdi.İnvestAz mütəxəssisləri ildirirlər ki, ABŞ-da faiz endirimigözləntilərinin müzakirə olunması dollar üçün zəiflədici faktorkimi çıxış etsə də, geosiyasi risklərin artdığı günlərdə dollarıntəhlükəsiz liman statusu qısamüddətli dəstək yaratdı. Nəticədə,dollar indeksi kəskin istiqamətli trend formalaşdırmadan dalğalıhərəkətlərlə yadda qaldı.

Neft: geosiyasi risk prəmiyası və dalğalıticarət

Neft bazarlarında Körfəz regionunda artan gərginlik qiymətlərüçün əsas dəstək faktoruna çevrildi. İnvestAz Analitikləridüşünürlər ki, ABŞ–İran münasibətlərindəki risklər mümkün təchizatproblemləri ehtimalını artıraraq “Brent” və “WTI” markalı neftqiymətlərində risk premyasını yüksək saxladı. Bununla yanaşı,qlobal iqtisadi artımın zəif qalması neft qiymətlərinin kəskinyüksəlməsinin qarşısını aldı və bazarda dalğalı dinamika müşahidəolundu.

Kriptovalyuta bazarları: volatilliyindavamı

Kriptovalyuta bazarları bu dövrdə yüksək volatillik şəraitindəticarət olundu. Yanvar ayının sonlarında baş verən kəskin enişdənsonra bazar qismən bərpa cəhdi göstərsə də, geosiyasi risklər vəqlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik investor inamınıntam bərpa olunmasına mane oldu. Nəticədə kriptovalyutalar həftəərzində oynaq və qeyri-sabit qiymət dinamikası nümayiş etdirdi.

Cari həftə ərzində diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərininkişaf dinamikasına, ABŞ-da dərc olunacaq ÜDM, inflyasiya, əməkbazarı və mənzil bazarı hesabatlarına, Ticarət Saldosu, TitintiSektorunda İcazələrin Sayı göstəricilərinə, Avrozonada vəAlmaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, Sənayeİstehsalının həcmi göstəricilərinə, eləcə də, İngiltərədə vəYaponiyada yayımlanacaq ÜDM hesabatlarına yönələcək.

EUR

Ötən həftəyə 1.17700 səviyyəsində başlayan EURUSD məzənnəsihəftə ərzində 1.15300 hədlərinə kimi ucuzlaşsa da, ötən həftəninson günü bir qədər yüksəldi və həftəni 1.16050 səviyyəsindətamamladı. Lakin, məzənnə Yaxın Şərqdə başlayan hərbi əməliyyatlarfonunda yeni həftəyə ciddi bir fərqlə - 1.15490 həddində startverdi. Həftənin ilk ticarət günündə 1.16450 səviyyəsinə qədərbahalaşan valyuta cütlüyü hazırda 1.16170 hədlərində ticarətolunur. Əgər “ayılar” qiyməti 1.16000 həddinin altına qaytara vəburada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

GBP

Keçən həftəyə 1.34450 həddində başlayıb, 1.32520 hədlərinə kimiucuzlaşan GBPUSD məzənnəsi daha sonra bir qədər bahalaşdı vəhəftəni 1.33900 səviyyəsində tamamladı.

Yaxın Şərqdə artan hərbi ritorika və eksolasiya fonunda yenihəftəyə 1.33400 həddində başlayan məzənnə 1.34470 hədlərinə kimibahalaşsa da, hazırda 1.34320 hədlərində ticarət olunur.

XAUUSD

Geosiyasi risklərin artması və qlobal iqtisadi qeyri-müəyyənlikqızıl bazarında alıcı marağını gücləndirdi. ABŞ–İran gərginliyifonunda investorlar riskdən qorunma məqsədilə qızıla yönəldilər vəqiymətli metal həftə ərzində möhkəmlənmə meyli nümayiş etdirdi.Dolların oynaq davranışı da qızılın qiymət dinamikasına əlavədəstək verdi.

ABŞ - İran münasibətlərinin hərbi fazaya keçməsi nəticəsindəqızıl yeni həftəyə də 5100$ dollar həddinin üzərində başladı və5187$-a kimi bahalaşdı. Hazırda 5170$-dan təklif edilən qızılınqiyməti 5240$ həddinin üzərində möhkəmlənə bilsə, artımtendensiyası daha kəskin xarakter ala bilər.

Chosen
87
15
az.trend.az

10Sources