EN

Çin Fars körfəzi bölgəsində təcili atəşkəsə çağırıb

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Fars körfəzi bölgəsində tez bir zamanda atəşkəs və hərbi əməliyyatların dayandırılması hazırda ən yüksək prioritetdir”.

525.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Küveyt xarici işlər naziri Cərrah Cabir əl-Əhməd əl-Sabahla telefon danışığı zamanı deyib.

Əlavə edib ki, Çin region ölkələrinin dialoq və danışıqlar üçün ardıcıl çağırışlarını yüksək qiymətləndirir.

Van İ söyləyib ki, ölkəsi daim mübahisələrin siyasi və diplomatik yollarla həllini dəstəkləyir.

“Hazırkı hərbi qarşıdurma, müharibə baş verməməli idi, bu, heç bir tərəfə fayda gətirmir. İran-Amerika danışıqları davam edərkən ABŞ və İsrail BMT-nin icazəsi olmadan İrana qarşı hərbi hücum həyata keçiriblər ki, bu da beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.  Bütün ölkələrin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməli, mülki şəxslərə və qeyri-hərbi hədəflərə edilən hər hansı bir hücum pislənilməlidir”, - XİN başçısı deyib.

O, Çinin Körfəz ölkələrinin dialoq və danışıqlar üçün ardıcıl çağırışlarını yüksək qiymətləndirdiyini və sülhə nail olmaq üçün səylərini davam etdirəcəyini bildirib.

Van İ vurğulayıb ki, Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi elçisi artıq vasitəçilik missiyası ilə bölgəyə yola düşüb, Küveyt və digər ölkələrlə kommunikasiya və mübadilə gücləndiriləcək. Nazir, həmçinin Küveytin öz ərazisindəki Çin qurumlarının və işçilərinin təhlükəsizliyini təmin edəcəyinə inamını ifadə edib.

Küveytin XİN başçısı həmkarına regiondakı son hadisələr barədə məlumat verərək, ölkəsinin münaqişə tərəfi olmadığını, lakin müharibədən əziyyət çəkməyə davam etdiyini deyib. O, Küveyt də daxil olmaqla, Körfəz ölkələrinin mübahisələrin dialoq yolu ilə həllinə sadiq qaldığını, lakin özünümüdafiə hüququndan imtina etməyəcəklərini bildirib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
92
525.az

1Sources