Rusiya Yaxın Şərqdəki münaqişənin əsas faydalanan tərəfidir.
Musavat.com xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antoniu Koşta bildirib.
"Enerji qiymətləri artdıqca Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün yeni resurslar əldə edir. Əks halda Ukraynanı dəstəkləmək üçün istifadə edilə biləcək hərbi qüvvələrin yayındırılmasından faydalanır", - deyə o bildirib.
Koştanın sözlərinə görə, münaqişə diqqəti Ukrayna cəbhəsindən də yayındırır.
O, tərəfləri daha da gərginləşməməyə və danışıqlara qayıtmağa çağırıb.
"Azadlıq və insan hüquqlarına bombalarla nail olmaq olmaz. Onlar yalnız beynəlxalq hüquqla qorunur", - deyə Avropa Şurasının rəhbəri vurğulayıb.
Musavat.com