EN

Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarının növbəti qrupu təxliyə edilib

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib...

Poliqon xəbər verir ki, AZAL-ın Muskat-Bakı marşrutu üzrə hərəkət edən "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qaytarılıb.

Poliqon.info

Chosen
84
46
poliqon.info

10Sources