Fransanın avtomobil istehsalçısı "Renault Group" 2030-cu ilədək Avropa bazarında yalnız elektrikli və hibrid nəqliyyat vasitələrinin satışını həyata keçirməyi planlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın verdiyi məlumata əsasən, bu barədə şirkətin rəsmi mətbuat xidməti açıqlama yayıb.
Avtomobil nəhənginin gələcək fəaliyyət strategiyasına dair bəyanatında qeyd olunub ki, 2030-cu ilədək "Renault" markası elektrikləşdirilmiş avtomobillərin Avropa satışlarındakı xüsusi çəkisini 100%-ə, digər qlobal bazarlarda isə 50%-ə yüksəltməyi nəzərdə tutur.
Uyğun qiymətli avtomobillər təklif edən "Renault"ya məxsus olan "Dacia" markasında isə hibrid və elektrikli modellər ümumi satış həcminin üçdəiki hissəsini əhatə edəcək. Həmçinin şirkət 2030-cu ilədək elektrik mühərriki ilə təchiz olunmuş tamamilə yeni üç modelin təqdimatını həyata keçirməyi planlaşdırır.
"Cebheinfo.az"