EN

Seymur Orucovun “qazi sindromu”: İcra başçısı nə etmək istəyir?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verildiyi kimi, bir neçə gün öncə Qarabağ qazisi Kənan Aşırzadə həyatına son qoyub.Demokrat.az Tribuna.az-a istinadən  xəbər verir ki, Ağstafada baş verən bu hadisənin səbəbi isə onun sosial problemlərinin çox olması göstərilir.Qeyd edək ki, Kənan Aşırzadə intiharından öncə dəfələrlə rəsmi qurumlara, o cümlədən Ağstafa İcra Hakimiyyətinə müraciət etsə də, buna əhəmiyyət verilməyib.Tribuna.az açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, Ağstafada təkcə mərhum Kənan Aşırov bu laqyedlikdən əziyyət çəkməyib. Ümumilikdə, bu rayonun rəhbərliyi qazilərə münasibətinin mənfi olduğu ortaya çıxıb. Belə ki, bir müddət əvvəl Ağstafa rayonunda yaşayan qazi Ələsgərov Rəsul Habil oğlu dda Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyini tənqid edib. O bildirib ki, sosial şəbəkələrdə maddi dəstək və işlə təmin olunmaq məqsədilə icra başçısı Seymur Orucova müraciət edidb. Lakin icra başçısı tərəfindən təzyiq və hədələrlə üzləşib. O bildirib ki, məqsədi yardım toplamaq deyil, daimi işlə təmin olunmaqdır.Qazi vurğulayıb ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, bu günədək işlə təmin olunmayıb və sosial problemləri həllini tapmayıb.Maraqlıdır ki, Seymur Orucov niyə qazilərə belə münasibət bəsləyir?  Məgər Ağstafada minlərlə qazi var ki, onların problemlərinin həllinə yardımçı ola bilməsin? Həyatlarını ortaya qoyub, Vətən torpaqlarının azad edilməsini təmin etmiş bu insanların elementar istəklərini, problemlərini həll etmək bu qədər çətindir? Bəlkə, Seymir Orucov başını qaldırıb, ətrafına baxsın. Görsün ki, hamı heç də onun kimi komfortlu həyat yaşamır.Onu Ağstafaya ona görə icra başçısı təyin etməyiblər ki, kabinetindən kənara çıxmasın. Dövlət başçısının əsas tələbi də budur ki, bütün icra başçıları sakinlərin problemlərini həll etməli, onların üzləşdikləri sıxıntıları aradan qaldırmalıdır. Görünən isə odur ki, Seymur Orucov üçün bu tapşırığın və tələbin heç bir əhəmiyyəti yoxdur. Əks təqdirdə, onun laqeydliyi səbəbindən bir qazi həyatına son qoymaz, digəri isə problemlər içində boğulmazdı. Üstəlik, icra başçısı problemlərini işıqlandıran qazini təhdid etməzdi.Ümid edək ki, Ağstafa İcra Hakimiyyətinin başçısı Seymur Orucov baş verənlərə münasibət bildirəcək. Və ona da ümid edirik ki, icra başçısının məntiqli açıqlaması olacaq.Qarşı tərəfi də dinləməyə hazırıq. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
101
1
demokrat.az

2Sources