EN

İstehlakçı hüquqlarının qorunması sahəsində yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müasir informasiya texnologiyalarının istehlakçı hüquqlarına təsirinin davamlı monitorinqinin aparılması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bu çərçivədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübə əsasında müasir tələblərə uyğunlaşdırılması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır.

Xüsusilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanunlarının, eləcə də digər normativ hüquqi aktların yenilənməsi və müasir rəqəmsal mühitin tələblərinə uyğunlaşdırılması diqqət mərkəzində olacaq.

Bununla yanaşı, istehlakçıların hüquqlarının qorunması məqsədilə maarifləndirici materialların hazırlanması, həmçinin müxtəlif hədəf qrupları üzrə aidiyyəti qurumlarla birgə maarifləndirmə tədbirlərinin keçirilməsi də nəzərdə tutulur.

Bu tədbirlərin əsas məqsədi vətəndaşların rəqəmsal mühitdə hüquqlarının daha effektiv qorunmasını təmin etməkdir.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
69
icma.az

1Sources