EN

“Tramp Ukraynada atəşkəs şərti irəli sürməyib” Peskov

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Ukrayna üzrə üçtərəfli danışıqların davam etdirilməsi üçün hələlik konkret tarix və ya yer müəyyən edilməyib”.

525.az xəbər verir ki, bunu Rusiya Prezidentinin  mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Prezident Putin ABŞ-ın Ukrayna nizamlanmasındakı vasitəçilik səylərini yüksək qiymətləndirir:

"Rusiya lideri bu vasitəçilik səylərini yüksək qiymətləndirir, biz buna görə minnətdarıq və bu prosesin davam etməsində maraqlıyıq".

Əlavə edib ki, Ukrayna üzrə üçtərəfli danışıqlar formatı davam etdirilməlidir: "Hamı bunda maraqlanır və ən əsası, amerikalılar vasitəçilik səylərini davam etdirməyə hazırdırlar. Hər kəs Ukraynada sürətli bir nizamlanmada, atəşkəsin əldə edilməsində maraqlıdır. Bu məsələdə mübahisə etmək çətindir".

Peskov deyib ki, ABŞ Prezidenti Donald Tramp Putinlə söhbətində Ukraynada tam razılaşma əldə olunana qədər atəşkəs istəməyib: "Belə bir şərt qoyulmayıb. Vaşinqton Moskvanın mövqeyini qəbul edib və "atəşkəs" ifadəsini düzgün mənada istifadə edir. Bu, artıq dəfələrlə müzakirə olunub. Atəşkəslə bağlı bütün üsullar yaxşı başa düşülür. Prezident Putinin ardıcıl mövqeyi hamıya məlumdur".

Əlavə edib ki, Rusiya neft ixracına qarşı bəzi ABŞ sanksiyalarının ləğvi mövzusu Putinlə Tramp arasındakı söhbətdə ətraflı müzakirə olunmayıb.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
525.az

1Sources