EN

İspaniyada Rusiya oliqarxın villalarında axtarış Təkcə Malyorkada 5 mülkü var...

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İspaniyada polis əməkdaşları Mayorka adasında bir neçə villada axtarış keçirib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, həmin əmlaklar “Vertolyotlar Rusiyası” holdinqinin rəhbəri Nikolay Kolesova məxsusdur.

Xəbərə görə, axtarışlar Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) tərəfindən Kolesovun İspaniyada əmlakı ilə bağlı yayımlanan araşdırmadan sonra həyata keçirilib.Araşdırmaya əsasən, Kolesovun uşaqları və bacısı adına Mayorkada beş villa qeydiyyata alınıb.

Yeddi yaşlı qızı və Kipr vətəndaşı olan Nikol Kolesovun adına qeydiyyata alınmış villa 1,200 kvadratmetrdir və dəyəri 5 milyon avro qiymətləndirilir. Böyük bacısı Lyudmila Tennonun adına 500 kvadratmetr olan villa dəyəri 3 milyon avro olaraq göstərilir.

Digər üç villa (750 kvadratmetr ev və 1 hektar torpaq) Kolesovun oğlu Alekseyin adına qeydiyyata alınıb və FBK tərəfindən 10 milyon avro dəyərində qiymətləndirilir.

Polis axtarışları xüsusilə Kolesovun oğlu adına olan villalarda aparılıb, lakin ətraflı məlumat açıqlanmayıb.

“Vertolyotlar Rusiyası” holdinqi “Rostex” strukturlarına daxildir. Kolesov holdinqi 2021-ci ildən idarə edir. Bundan əvvəl o, 12 il müddətində “Radioelektron Texnologiyalar Konserni”yə rəhbərlik edib.FBK məlumatına görə, Kolesov və ailəsi həmçinin “Elecon” zavodunun səhmlərinə sahibdir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
azpolitika.info

1Sources