Unikal.az saytına istinadən ain.az xəbər verir.
Tailand hökuməti enerji daşıyıcılarına olan tələbatı azaltmaq üçün fövqəladə tədbirlər çərçivəsində dövlət qurumlarının əksəriyyətindən dərhal tam şəkildə distant iş rejiminə keçməyi tələb edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Milli İqtisadi və Sosial İnkişaf Şurasının baş katibi Danuça Piçayananın sözlərinə görə, bu qərar bu gün Tailand hökuməti tərəfindən təsdiqlənib və enerji təchizatı ilə bağlı artan risklər fonunda enerji istehlakını azaltmağa yönəlib.
Qərar dövlət xidmətləri ilə birbaşa bağlı olmayan vəzifələrdə çalışan bütün dövlət qulluqçularına şamil olunur.
Hökumət həmçinin rəsmiləri zəruri olmayan xarici səfərləri dayandırmağa çağırıb və yalnız vacib beynəlxalq görüşlərə icazə veriləcəyini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.