EN

Türkiyədə mənzildə partlayış olub 16 yaralı

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Türkiyənin Niğde şəhərindəki Səlçuk məhəlləsində partlayış olub.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış yaşayış binasının ikinci mərtəbəsində, qaz sızması nəticəsində baş verib. Hadisə zamanı 16 nəfər yaralanıb.

Partlayışın güclü olması səbəbindən məhəllədə evlər işıqsız qalıb.

Küçədə olan nəqliyyat vasitələri də hadisə nəticəsində zərər görüb, istifadəyə yararsız hala düşüb.

Hadisə yerinə çoxsaylı tibb, polis, yanğınsöndürmə və AFAD (Fəlakət və Təcili Yardım İdarəetmə) qrupları göndərilib.

Yaralılardan üçünün vəziyyəti daha ağır olduğu üçün onlar Kayseri Şəhər Xəstəxanasına köçürülüblər.

Hadisənin səbəbləri araşdırılır.

İsgəndər Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
525.az

1Sources