EN

Dursun Özbekdən söz: Liverpul u keçin, bu qədər pul verəcəm

Apasport saytına istinadən ain.az xəbər verir.

"Qalatasaray" bu axşam Çempionlar Liqasının 1/8 final mərəhələsinin ilk oyunu çərçivəsində doğma meydanda İngiltərə "Liverpul"unu qəbul edəcək.Apasport.az xəbər verir ki, klubun prezidenti Dursun Özbek gündəmlə bağlı bir sıra açıqlamalar verib.Özbek "cim-bom"un hədəflərindən və yaxın keçmişdə qazanılan uğurlardan danışıb:"Mənim xəyallarım var. Bu xəyallara insanlar inanmaya bilər. Məsələn Viktor Osimheni 75 milyon avroya alacağımıza heç kim inanmırdı. Amma mən inandım. İllik 15 milyon avro maaşı var. 6 milyon avro da reklam və sponsorluqdan gəlir əldə edir. Mənim xəyalım "Qalatasaray"ı Avropanın ən böyük 5 klubundan biri etməkdir".Bundan əlavə Dursun Özbek bu mərhələdə "Liverpul"u keçəcəkləri təqdirdə komandaya 4 milyon avro bonus verəcəklərini açıqlayıb.Qeyd edək ki, "Qalatasaray" - "Liverpul" görüşü bu axşam Bakı vaxtilə 21:45-də start götürəcək.

Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

“Liverpul”da yeni müqavilə

Argentina millisinin üzvü “Real”da çıxış edə bilər

“Yuventus”un üzvü “Qalatasaray”da çıxış edə bilər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
1
apasport.az

2Sources