Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Medi Türk" TV-nin "YouTube" platformasında abunəçi sayı 400 minə çatıb.
Modern.az xəbər verir ki, qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, “Medi Türk" TV ölkənin ictimai-siyasi və xəbər yönümlü "YouTube" platformasında özünəməxsus yer tutaraq geniş izləyici auditoriyası qazanıb. Kanal operativ və obyektiv informasiya təqdimatı ilə diqqət çəkərək bu sahədə öncül platformalardan birinə çevrilib.
Bu uğur peşəkar komandanın zəhmətinin, xəbərlərin operativ və qərəzsiz şəkildə təqdim edilməsinin, eləcə də tamaşaçıların göstərdiyi etimadın nəticəsi kimi qiymətləndirilir.
Türk dünyasının mediakörpüsü olmağı hədəfləyən “MediaTürk" 2021-ci il mayın 28-də fəaliyyətə başlayıb və qısa müddətdə rəqəmsal media məkanında öz mövqeyini möhkəmləndirib.“Media Türk" TV-nin baş redaktoru Heydər İsmayıldır.
Bu münasibətlə Modern.az kollektivi “Medi Türk" TV-nin bütün əməkdaşlarını ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar, daha geniş izləyici auditoriyası və davamlı inkişaf arzulayır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.