EN

İsrail SEPAH ın ballistik raket kompleksinə hücum edib

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ballistik raket tədqiqat və istehsal kompleksinə və Tehrandakı əl-Qüds qüvvələrinin qərargahına hücum edib.

525.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat  yayıb.

"İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rejiminin əsas infrastrukturuna bir sıra zərbələr endirib. Zərbələrdən biri SEPAH-ın tədqiqat kompleksini hədəf alıb. Bu obyektin yeraltı sahəsində ballistik raketlərin hazırlanması və istehsalı ilə bağlı təcrübə və sınaqlar aparılıb”, - açıqlamada vurğulanıb. 

Qeyd olunub ki, əl-Qüds qüvvələrinin qərargahındakı obyektlərə, eləcə də hava hücumundan müdafiə sistemlərinin istehsal sahələrinə də zərbələr endirilib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
89
525.az

1Sources