Regionda yaranmış mövcud vəziyyətlə əlaqədar xarici ölkə vətəndaşlarının İran İslam Respublikası ərazisindən təxliyəsi prosesi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə tədbirlərinin növbəti mərhələsində 3 Hindistan vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.
Sərhəd-keçid məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçən xarici vətəndaşlar təhlükəsizlik qaydalarına tam uyğun şəkildə ölkə ərazisinə qəbul ediliblər.