EN

Qədir Xəlilov: Dövlət Proqramına müraciət zamanı bəzi gənclər sənədləri yoxlanmadan təqdim edirlər VİDEO

Bakı, 10 mart, AZƏRTAC

Aparılan təhlillər göstərir ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na müraciət zamanı bəzi gənclər müxtəlif səhvlərə yol verirlər. Bu səhvlər əsasən sənədlərin düzgün tərtib edilməməsi və sənədlərin yoxlanılmadan təqdim olunması ilə bağlı olur.

Bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov AZƏRTAC-ın sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, ən vacib məqamlardan biri xarici ali təhsil müəssisəsindən qəbul sənədinin əldə edilməsidir: “Bu sənəd gəncin həmin universitetə qəbul olunduğunu təsdiqləyir və bütün prosesin başlanması üçün əsas şərtlərdən biridir. Müraciət edənlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Bu il müraciət portalı təkmilləşdirilərək istifadəçilər üçün daha adaptiv hala gətirilib. Həmçinin portalda sual-cavab bölməsi genişləndirilib ki, gənclər müraciət zamanı yaranan suallara daha rahat şəkildə cavab tapa bilsinlər”.

Müxbir – Aysel Azadqızı

Fotoqraf – Tofiq Babayev

Videooperator – Namiq Abdullayev

Chosen
53
1
azertag.az

2Sources