EN

Rusiya ordusu Ukraynanı bombalayıb: 4 nəfər ölüb

Rusiya ordusu Ukraynanın Slovyansk şəhərinin mərkəzinə aviabomba atıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Məlumata görə, şəhərə atılan aviabombalardan birinin çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində 4 nəfər ölüb, biri uşaq olmaqla 16 nəfər yaralanıb.

Bildirilir ki, ümumilikdə üç aviabombanın partlaması nəticəsində şəhərdə altı çoxmərtəbəli binaya ziyan dəyib.

"Cebheinfo.az"

Chosen
54
7
cebheinfo.az

8Sources