EN

Ceyhun Bayramov Kolumbiya səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib (FOTO)

Bakı. Trend:

10 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov Kolumbiyanın Azərbaycandakı yeni səfiri Nelsi RakelMunar Xaramiyonu qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanısəfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdimedib.

Nazir Ceyhun Bayramov səfiri Azərbaycanda diplomatik fəaliyyətəbaşlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi dialoqungenişləndirilməsi, iqtisadiyyat, ticarət, turizm, təhsil vəmədəniyyət, minasızlaşdırma fəaliyyəti və digər sahələrdəəməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikirmübadiləsi aparıblar. Bu və digər istiqamətlərdə Xarici İşlərNazirlikləri arasında siyasi məsləhətləşmələrə hazırlıq işləribarədə məlumat verilib.

Hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı digər çoxtərəfliplatformalarda sülh, təhlükəsizlik, davamlı inkişaf sahəsindəbir-birini dəstəklədiyi məmnunluqla bildirilib.

Münasibətlərdə Parlamentlərarası ölçünün əhəmiyyəti qeyd olunub,dostluq qrupları arasında qarşılıqlı təmasların və səfərlərinfaydalı olduğu diqqətə çatdırılıb.

Nazirlər həmçinin Yaxın Şərqdə müharibə fonunda mövcud vəziyyətətrafında fikir mübadiləsi aparıblar. Kolumbiya səfiri ölkəsininXarici İşlər Nazirliyinin eskalasiya ilə bağlı açıqlama verdiyini,deeskalasiyanın əhəmiyyətli olduğunu bildirib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli,eləcə də regional və beynəlxalq məsələlər ətrafında müzakirələraparılıb.

Ceyhun
Ceyhun
Ceyhun
Ceyhun
Chosen
96
22
az.trend.az

10Sources