EN

Gəncədə keçiriləcək cüdo üzrə Avropa Kuboku üçün 7 ölkə iştirakını təsdiqləyib

Bakı, 10 mart, AZƏRTAC

Gəncədə yeniyetmə cüdoçular arasında keçiriləcək Avropa Kubokunda çıxış edəcək ölkələrin sayı açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, turnir üçün 7 ölkə - Fransa, Gürcüstan, Qazaxıstan, Polşa, Portuqaliya, Tacikistan və ABŞ iştirakını təsdiqləyib.

Aprelin 4-5-də gerçəkləşəcək yarışda iştirakçı ölkələrin sayının artacağı istisna edilmir.

Gəncə İdman Sarayında təşkil olunacaq Avropa Kubokunda yeniyetmə cüdoçular 16 çəki dərəcəsində (8 oğlan, 8 qız) mübarizə aparacaqlar.

Chosen
2
1
azertag.az

2Sources