EN

Damdan düşən buz kütləsi qadının ölümünə SƏBƏB OLDU – VİDEO

Rusiyada binanın damından düşən buz kütləsi qadının ölümünə səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Ryazan şəhərində faciəvi hadisə baş verib. Yaşayış binasının damından qəfildən qoparaq düşən nəhəng buz parçası yoldan keçən qadının üzərinə çırpılıb.

Aldığı ağır xəsarətlər nəticəsində qadın hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə əlaqədar artıq binaya nəzarət edən idarəedici şirkətin rəhbəri saxlanılıb.

Hazırda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə olunur.

Rusiya İstintaq Komitəsi faktla bağlı “insan ölümünə səbəb olan, təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi başlayıb.

İstintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
12
interpress.az

1Sources