ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yaxşı mahnılar çoxdur, amma təqdim edənlər yoxdur. Yəni, yaxşı ifaçı yoxdur".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəloyeva "Günə uğurla" verilişində deyib. Müğənni çox az sayda yaxşı oxuyan ifaçı olduğunu bildirib:
"Hansı qapını açırsan müğənni çıxır. Amma insanların qəlbinə yol açan azdır. Mən özümə müğənni demirəm. Özümə yaxşı ifaçı, sənətkar deyirəmsə, deməli qorxuram, acizəm, məni tərifləyən yoxdur və özüm-özümü tərifləyirəm. Bir kəs özünü tərifləyirsə, acizdir, qorxur. Əsl müğənnini xalq, millət ürəkdən sevib tərifləməlidir. Gördüyümüz işləri deyə bilərik, amma bu tərif deyil. Gördüyüm işləri qoyuram ortaya, yaddaşları təzələyirəm ki, baxın. Kənarda gəlib oturub sənətkar olmamışam. Musiqi dünyası əyləncə məkanı deyil. Musiqi dünyası ağır, məsuliyyətli yoldur".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.