EN

İran üçün DƏHŞƏT GECƏSİ BAŞLANIR: Pentaqon rəhbəri ANONS VERDİ

ABŞ müdafiə naziri Pit Hegset İran ərazisinə endirilən hərbi zərbələrin daha da gücləndiriləcəyini açıqlayıb və bildirib ki, əməliyyatlar yaxın saatlarda daha intensiv mərhələyə keçə bilər.

Paytaxt.org Musavat.com-a istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəhbəri jurnalistlərə açıqlamasında Vaşinqtonun İrana qarşı həyata keçirdiyi hərbi kampaniyanın yeni mərhələyə daxil olduğunu deyib. Onun sözlərinə görə, Amerika və müttəfiqləri hücumların miqyasını artırmaq niyyətindədir və bu gün zərbələrin ən ağır mərhələlərindən biri ola bilər.

Hegset bildirib ki, ABŞ hərbi qüvvələri hər gün daha çox imkan əldə edir və İran üzərində təzyiqi artırır. Onun sözlərinə görə, əməliyyatlarda daha çox qırıcı eskadrilyalar, bombardmançı təyyarələr və yüksək dəqiqlikli silahlar istifadə olunur.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 17.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Ana Xəbər” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Chosen
36
1
paytaxt.org

2Sources