Braziliya çempionatının 4-cü turunda nəzərdə tutulan on oyundan yeddisi baş tutdu. Cənubi Amerikanın klub turnirlərinə daha yaxşı hazırlaşması üçün son çempion “Flamenqo”, həmçinin “Botafoqo” və “Bayya”nın oyunları təxirə salındı. A seriyasında 3-cü turdan sonra formalaşan 4 iştirakçının şərikli liderliyi pozuldu. İndi bu liqaya eyni xala malik olan yalnız iki komanda başçılıq edir.
"Football-plus.az" xəbər verir ki, hesabat turuna hərəyə 7 xalla başlayan komandalardan ikisi San Pauluda qarşılaşdı. A seriyasının gümüş mükafatçısı “Palmeyras” ilə “Fluminense” arasındakı duelin qalibi ev sahibləri oldular. Üç qolun vurulduğu matçda qapı torları ilk hissədə silkələndi. Penalti ilə hesabı açan Roke ilə Allanın erkən qolları vitse-çempionun ilk dəqiqələrdəki aşkar üstünlüyünün nəticəsi oldu. Fasiləyə az qalmış Akosta fərqi minimuma endirdi. İkinci hissədə hər iki tərəfin səyinə baxmayaraq, hesab dəyişmədi. 2:1 hesabıyla qalib gələn Abel Ferreyranın komandasını 10 xalla topların daha yaxşı fərqinə əsasən 1-ci yerdəki mövqeyini qorudu. “Fluminense” isə 4-cü yerdən 5-ə düşdü.
Tura 2-ci yerdə başlayan “San Paulu” da uğurlu oyunlar seriyasını davam etdirdi. Ernan Kresponun çalışdırdığı komanda səfərdə “Koritiba”dan maksimum xal aldı. Penalti ilə qələbə qazanan san paululular əvvəlki kimi həmşəhərliləri “Palmeyras”dan yalnız topların fərqinə görə geri qalırlar.
“Şapekoense” ilə ev oyunu təxirə salınan “Bayya” 3-cü yerdən 4-ə gerilədi.
3-cü yerə isə topların fərqinə əsasən “Korintians” çıxdı. “Gəmiçilər” əvvəlcə ötən həftəiçi 2-ci turdan təxirə salınan oyunda “Atletiko Paranaense”ni minimal hesabla üstələdilər. Hesabat turunda isə son mövsümün bürünc mükafatçısı ilə qarşılaşdılar. Xatırladaq ki, “Kruzeyro” ilk iki turda azarkeşlərini məğlubiyyətlərlə məyus etmişdi. Titenin komandası ötən mövsümü 4-cü yerdə başa vuran “Mirassol”dan səfərdə xal almağı bacarsa da, 2:2 hesablı “sülh” “Kruzeyro”nu sonuncu yerdən xilas etməmişdi. Belu Orizonte klubu hesabat turunda “Korintians”la 1:1 hesablı heç-heçəyə nail oldu. Evdə qazanılan xal Titenin komandasını sonuncu - 20-ci yerdən 19-a çıxardı.
4-cü tur
Palmeyras - Fluminense 2:1
Roke, 9-p. Allan, 13 - Akosta, 40.
Kruzeyro - Korintians 1:1
Pereyra, 9 - Tçoka, 81.
Koritiba - San Paulu 0:1
Kaulu, 57-p.
Braqantino - Atletiko Paranaense 1:1
Kapişaba, 43 – Julimar, 79.
Remo - İnternasyonal 1:1
Pikko, 14 – Alan Patrik, 4.
Qremio - Atletiko Mineyro 2:1
Noryeqa, 51. Marlon, 66 – Uqo, 56.
Santos - Vasku da Qama 2:1
Neymar, 25; 61 – Barros, 43.
“Flamenqo” – “Mirassol”, “Botafoqo” RJ – “Vitoriya” və “Bayya” - “Şapekoense” oyunları təxirə salınıb.
2-ci turdan təxirə salınan oyun
Atletiko Paranaense - Korintians 0:1
Qarro, 20.
1. Palmeyras 4 3 1 0 12-5 10
2. San Paulu 4 3 1 0 6-2 10
3. Korintians 4 2 1 1 5-3 7
4. Bayya 3 2 1 0 4-2 7
5. Fluminense 4 2 1 1 5-4 7
6. Atletiko Paranaense 4 2 1 1 4-3 7
7. Braqantino 4 2 1 1 3-3 7
8. Qremio 4 2 0 2 8-8 6
9. Şapekoense 3 1 2 0 8-6 5
10. Mirassol 3 1 2 0 6-5 5
11. Flamenqo 3 1 1 1 4-4 4
12. Koritiba 4 1 1 2 5-6 4
13. Santos 4 1 1 2 6-8 4
14. Botafoqo RJ 3 1 0 2 7-6 3
15. Vitoriya 3 1 0 2 4-7 3
16. Remo 4 0 3 1 6-8 3
17. Atletiko Mineyro 4 0 2 2 6-8 2
18. İnternasyonal 4 0 2 2 3-6 2
19. Kruzeyro 4 0 2 2 4-9 2
20. Vasku da Qama 4 0 1 3 3-6 1
Bombardirlər: Vinisius (Qremio), Danilo (Botafoqo RJ) - 4, Akosta (Fluminense), B.Lopes (Koritiba), Roke (Palmeyras) - 3.