EN

Netanyahu: İranın müqavimətini qırdıq, hücumlar davam edəcək

Netanyahu: İranın müqavimətini qırdıq, hücumlar davam edəcək

İsrail Baş naziri Benyamin Netanyahu İranın müqavimətini qırdıqlarını iddia edərək hücumları davam etdirəcəklərinə dair siqnallar verib.

AFN.az xəbər verir ki, İsrail Baş Nazirliyi Netanyahunun ölkənin Səhiyyə naziri Haim Katz ilə Milli Sağlamlıq Mərkəzinə ziyarəti zamanı etdiyi çıxışı paylaşıb.

Netanyahu məqsədlərinin İran xalqının rejimdən xilas olmasını təmin etmək olduğunu iddia edərək deyib: "İndiyə qədər gördüyümüz tədbirlərlə onların (İran rəhbərliyinin) müqavimətini qırdığımız və hələ də aktiv olduğumuz şübhəsizdir". O, bu sözləri ilə hücumların davam edəcəyi mesajını verib.

İsrailin beynəlxalq mövqeyində dəyişikliyə nail olduqlarını irəli sürən Netanyahu, müdafiənin İrana qarşı hücumlardan daha vacib olduğunu qeyd edib. Netanyahu müdafiənin hər şeydən əvvəl xalqın iradəsi olduğunu vurğulayaraq, İsrail xalqının inamının yüksək olduğunu iddia edib.

Chosen
15
afn.az

1Sources