EN

Dünyanın 100 ən yaxşı mətbəxi açıqlandı: Azərbaycan da var - SİYAHI

“TasteAtlas” hər il olduğu kimi 2025-2026-cı illər üçün Dünyanın 100 ən yaxşı mətbəxinin siyahısını açıqlayıb.

Ölkə.Az xəbər verir ki, verilənlər bazasındakı 18 912 qida üçün 590.228 etibarlı reytinqə əsasən, bu mətbəxlərin ən yüksək orta balları çıxarılıb.

Siyahıda sous və ən çox bal toplayan yeməklərinə görə ilk 10 yerdə aşağıdakı ölkələr qərarlaşıb:

1. İtaliya
2. Yunanıstan
3. Peru
4. Portuqaliya
5. İspaniya
6. Yaponiya
7. Türkiyə
8. Çin
9. Fransa
10. İndoneziya

Azərbaycan mətbəxi isə 67-ci yerdə qərarlaşıb. Siyahıda Azərbaycan qidalarına narşərab şah plov, ləvəngi, lavaş və qutab daxil edilib.

Reytinq cədcəlində Azərbaycanla həmsərhəd ölkələr - Gürcüstan 21, Rusiya 28, İran 42, Ermənistan 87, Qazaxıstan 97-ci yeri tutub.

Xatırladaq ki, Azərbaycan mətbəxi 2023-2024-cü illərin reytinqində 77-ci yerdə idi. Ötən bir neçə il ərzində ölkəmizin siyahıdakı yeri 10 pillə irəliləyib.

Billurə
 

Chosen
47
olke.az

1Sources