EN

Türk dünyasının sarsılmaz birliyini tərənnüm edən konsert

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 10 mart, AZƏRTAC

Martın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, gecədə Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (direktor-baş dirijor Mustafa Aşurov) Rəqs qrupu (baletmeyster Ceyhun Qubadov), həmçinin müxtəlif türk respublikalarının unikal musiqi irsini təmsil edən tanınmış solistlər çıxış edəcəklər.

Proqramda türk xalqlarının milli kimliyini əks etdirən alovlu rəqslər, duyğulu mahnılar və ortaq Türk dünyasının sarsılmaz birliyini nümayiş etdirən folklor nümunələri səsləndiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
azertag.az

2Sources