EN

Kamp Nou da azarkeşləri sevindirəcək yenilik olacaq

ain.az, Qol.az saytına istinadən bildirir.

"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq

"Barselona" klubu şəhər şurasından "Kamp Nou" stadionu üçün "1C" lisenziyası alıb. Bu icazə stadionun azarkeş tutumunu hazırkı 45 mindən 62 minə qədər artırmağa imkan verəcək.

QOL.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, tikintinin bu mərhələsində əsasən stadionun birinci və ikinci yarusları arasında yerləşən VİP zonalar və gözləmə zallarının inşası tamamlanacaq.

Layihənin bu mərhələsinin ən maraqlı yeniliklərindən biri isə stadionun cənub hissəsində azarkeş tribunası üçün nəzərdə tutulan yeni zonanın yaradılmasıdır. Stadionun açılış ilinin şərəfinə "Qol 1957" adlandırılan bu bölmə matçlar zamanı azarkeş dəstəyini və atmosferi daha da gücləndirmək məqsədi daşıyır.

Xatırladaq ki, yenidənqurma işləri tam başa çatdıqdan sonra "Kamp Nou"nun ümumi tutumunun 105 minə çatdırılması planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
1
qol.az

2Sources