EN

İsraildə Azərbaycan vətəndaşı həlak oldu İşlədiyi yerə İran raketi düşüb (FOTO)

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın İsrailə cavab zərbələri zamanı Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Murtuzov Amid Əli oğlu həlak olub.

Bu barədə “AzPolitika”ya onun yaxınları məlumat verib. Bildirilir ki, Cəlilabad rayonu Göytəpə qəsəbə sakini olan mərhun bir neçə il əvvəldən İsrailə köçüb, orada tikinti sektorunda çalışıb.

Bir neçə gün əvvəl Hayfa şəhərinə atılan raketlərdən biri Amid Murtuzovun işlədiyi tikinti sahəsinə düşüb, nəticədə o qəlpə yaraları alıb, qısa müddət sonra dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, təyyarə reyslərinin ləğv olunması səbəbindən onun cənazəsini Azərbaycana gətirmək mümkün olmayıb. Mərhum İsraildə dəfn olunub, onun ailə üzvlərinin və qohumlarının da həmin ölkədə olduğu bildirilir.

Allah rəhmət eləsin. 

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
69
azpolitika.info

1Sources