EN

Manatın məzənnəsi ilə bağlı mühüm açıqlama

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan iqtisadiyyatında milli valyutanın sabitliyi həm əhalinin sosial rifahı, həm də daxili bazarda qiymət balansının qorunması baxımından strateji əhəmiyyət daşıyır. Manatın məzənnəsi təkcə maliyyə göstəricisi deyil, eyni zamanda ölkədə inflyasiya səviyyəsinə, idxal xərclərinə və vətəndaşların alıcılıq qabiliyyətinə birbaşa təsir edən əsas amillərdən biridir. Bu baxımdan milli valyutanın dəyərində mümkün kəskin azalma gündəlik həyat və ümumi iqtisadi proseslər üçün ciddi nəticələr doğura bilər. Belə bir ssenari baş verərsə, qiymət artımı, bazarlarda dalğalanma və sosial rifahın zəifləməsi qaçılmaz ola bilər.İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, hazırda belə bir risk yoxdur:“Manatın məzənnəsinin dəyişdirilməsi hazırda gündəlikdə deyil. Bununla bağlı hökumət üzərində hər hansı təzyiq də mövcud deyil. Ona görə də bu məsələni yalnız hipotetik ssenari kimi müzakirə edə bilərik. Bu gün üçün bu ehtimal real görünməsə də, gələcəkdə vəziyyət fərqli ola bilər. Əgər məzənnədə dəyişiklik baş verərsə, bu, ilk növbədə qiymət artımına səbəb ola bilər. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşər, sosial vəziyyət isə pisləşə bilər. 2015-ci ildə baş verən devalvasiya zamanı oxşar mənzərə müşahidə olunmuşdu və bu, cəmiyyət üçün yeni təcrübə deyil. Belə bir hal təkrarlanarsa, demək olar ki, bütün məhsul və xidmətlərin qiymətində artım qeydə alına bilər ki, bu da əhalinin real gəlirlərinə mənfi təsir göstərəcək”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
demokrat.az

1Sources