EN

İşdən çıxarılanların diqqətinə! 1 ay vaxtı var, yoxsa gec olacaq...

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi-nin 70-ci maddəsinin “ç” bəndi işçinin işəgötürənin etimadını itirməsi səbəbilə əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. Bu hal əsasən maddi vəsait və ya əmlakla işləyən əməkdaşlara tətbiq olunur. İşçi pul, mal və ya digər maddi dəyərlərlə bağlı qaydaları pozduqda işəgötürən onun etibarlılığını itirdiyini hesab edə bilər. Belə vəziyyətdə əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilir. Bu qərar adətən maliyyə pozuntusu, mənimsəmə və ya etimadı sarsıdan digər hərəkətlər aşkar edildikdə verilir. 70 “ç” bəndi ilə işdən çıxarılma rəsmi olaraq əmək müqaviləsinə xitam verilməsi kimi rəsmiləşdirilir.Belə olan halda şəxs başqa yerdə iş üçün müraciət etdikdə çətinlik yaşayırmı?Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, bu maddə ilə işdən çıxarılan şəxslər növbəti iş yerlərinə müraciət edərkən çətinliklərlə üzləşirlər. Onun sözlərinə görə, işəgötürənlər həmin şəxslərə şübhə ilə yanaşırlar: "İşə götürənlər həmin maddə ilə işdən çıxarılmış işçi gələndə ona şübhə ilə yanaşırlar və adətən həmin şəxsləri işə götürmürlər".Vəkil vurğulayıb ki, qərarın qanunsuz olduğunu düşünən şəxslər mütləq vaxtında hərəkətə keçməlidir. O, məhkəməyə müraciət müddətinin qısa olduğunu xatırladıb:"Həmin maddə üzrə əmrin verildiyi gündən etibarən bir ay ərzində mütləq məhkəməyə müraciət etməlisiniz. Əgər bu müddəti ötürsəniz və sonra məhkəməyə müraciət etsəniz, məhkəmə sizin işinizə baxmayacaq. Bir ay ərzində əgər sizə qanunsuz şəkildə '70ç damğası' vurulubsa, mütləq müraciət edin ki, bu gələcək iş yerlərində problem yaratmasın".Bəzi hallarda işəgötürənlərin bu prosesdə daha güclü tərəf olduğunu deyən Turan Abdullazadə ədalətsiz qərarların da ola biləcəyini qeyd edib: "İşəgötürən və işçi münasibətlərində çox vaxt üstün mövqe işəgötürənin əlində olur. Buna görə də bəzi hallarda haqsız yerə '70ç damğası' vurulur".Buna baxmayaraq, vəkil humanist yanaşma sərgiləyən rəhbərlərin də olduğunu bildirib: "Həqiqətən də həmin maddə ilə işdən çıxarılan işçilərə etimad göstərən işə götürənlər olub və onlara ayrıca təşəkkür düşür. Çünki onlar vətəndaşın qol-qanadını sındırmır və müəyyən dərəcədə düşünür ki, insan bir səhv edə bilər".Etimadın itirilməsi səbəbilə xitam verilən müqavilələr həm hüquqi, həm də mənəvi baxımdan ağır nəticələrə yol açır. İşçilərin belə vəziyyətlərdə öz hüquqlarını qoruması və vaxtında məhkəməyə müraciət etməsi onların peşəkar imicini bərpa etmək üçün yeganə çıxış yoludur.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
demokrat.az

1Sources