EN

Cəlilabadda ana övladının ölümünə səbəb oldu - Gizlətməyə çalışdı - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Cəlilabadda yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib.

Azreform.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

2011-ci il təvəllüdlü M. A yaşadığı evin həyətindən döş nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada vəfat edib. İlkin olaraq valideynləri uşağın yıxılaraq armatur parçasının bədəninə batması nəticəsində xəsarət aldığını bildiriblər.

Lakin polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin başqa şəraitdə baş verdiyi müəyyən edilib və həqiqət aşkara çıxarılıb.

Məlum olub ki, yeniyetmənin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunda üzərində xəsarət izi olan yeniyetmə meyiti aşkar edilib.

Azreform.info "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.

Tapılan meyitin kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna məxsus olduğu məlum olub.

İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində xəsarət izi aşkar olunub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
63
7
azreform.info

9Sources