EN

Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQVİDEO

Sağ zolaq boşdur amma solla hərəkətdədir... Faraların uzaq işıqlarını ardıcıl şəkildə yandırıb-söndürərək yol verilməsini istəyir... Digəri isə ara məsafəsi saxlamır...

Xezerxeber.az xəbər verir ki, bu qayda pozntuları Nəqliyyatı İntellketual İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. Qurumdan bildirilib ki, belə hallar qəza şəraiti yaradır.

Elə sürüclər də belə hallardan təngə gəldiklərini deyirlər.

Nəqliyyatı İntellketual İdarəetmə Mərkəzindən bildirilib ki, nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Sağ zolaq boş olduğu halda solla hərəkət etmək qadağandır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə yollarda hərəkət edərkən sağ zolaqlara üstünlük vermələrini, zəruri hallar üçün sol zolaqları boş saxlamalarını tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Chosen
41
xezerxeber.az

1Sources