Şuşa, 10 mart, AZƏRTAC
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri növbəti bahar müjdəçisini — Yel çərşənbəsini böyük coşqu ilə qarşılayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təşkil olunan bayram tədbirində tonqal qalanıb, sakinlər bir araya gələrək rəqs edib, bayramlaşıblar. Tonqalın ətrafında səslənən xoş arzular və şən musiqi şəhərdə bayram ab-havasını daha da artırıb.
Müxbir - Tahir Ağaməmmədov