EN

“Lion” qapıçısı ilə müqavilə uzatdı

Fransanın “Lion” klubu qapıçısı Remi Deşamps ilə müqaviləni uzadıb.

İdmanxeber.az xəbər verir ki, 29 yaşlı qolkiperlə yeni sözləşmə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
“Lill” akademiyasının yetirməsi olan Deşamps 2024-cü ilin yayında “Lion”a transfer olunub. O, daha əvvəl “Tur”, “Şarlerua” və “Nant” klublarında da çıxış edib.

Qapıçı bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb və 9 qol buraxıb.

Chosen
27
idmanxeber.az

1Sources