EN

Təbrizdə güclü partlayışlar: SEPAH və kəşfiyyatla bağlı obyektlər VURULDU VİDEO KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

İranın Təbriz şəhərində bir neçə güclü partlayış baş verdiyi barədə məlumat yayılıb. Hadisə nəticəsində şəhərin müxtəlif hissələrində yerləşən bəzi inzibati binaların zərər gördüyü bildirilir.

KONKRET.az xəbər verir ki, partlayışların əsasən SEPAH və kəşfiyyat strukturları ilə əlaqəli olduğu deyilən bir neçə binaya yönəldiyi iddia olunur. Yerli mənbələr hücum nəticəsində həmin obyektlərə ciddi ziyan dəydiyini bildirir.

Hadisədən sonra əraziyə təhlükəsizlik qüvvələri və təcili yardım xidmətləri cəlb olunub.

Rəsmi qurumlar hələlik partlayışların səbəbi və mümkün itkilərlə bağlı ətraflı məlumat açıqlamayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
konkret.az

1Sources