EN

Günlük maaş 308 manatdır İşçi tapılmır (FOTOLAR)

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Aydının (Türkiyə ) dağlıq ərazilərindəki əncir bağlarında atla şum şumlamaq üçün günlük 8 min TL təklif edilsə də, bu işi görəcək işçi tapmaq müşkülə çevrilib. Yerli fermerlər aylıq gəlirin 240 min TL-yə çatdığını, lakin gənclərin ağır fiziki əməyə maraq göstərmədiyini bildirirlər. Bu məbləğ hazırkı məzənnə ilə təxminən 308 manatlıq günlük qazanc deməkdir.Demokrat.az-ın məlumatına görə Efeler Ziraat Odasının sədri Mehmet Kendirlioğlu bu sahədə çalışanların orta yaş həddinin 55-60 olduğunu qeyd edərək ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, xüsusi təcrübə tələb edən bu sənətin məktəbi yoxdur və o, nəsildən-nəsilə ötürülməlidir. Kendirlioğlu gənclərin kənd təsərrüfatından uzaqlaşması səbəbindən 20 il sonra bu peşənin tamamilə yox ola biləcəyini vurğulayıb.Bölgədəki dik yamaclarda texnika işləyə bilmədiyi üçün atlar yeganə çıxış yoludur. Fermer Ruhi Doğan bildirir ki, ilin 12 ayı qulluq etdikləri atlar cəmi bir ay işləyir. Bağların vaxtında şumlanmaması otların çoxalmasına və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Hazırda bölgədə digər kənd təsərrüfatı işləri üçün günlük maaş yüksək olsa da, işçi çatışmazlığı fermerləri çətin vəziyyətdə qoyub.

İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
73
demokrat.az

1Sources