EN

Kaxaber Sxadadze: "Sabah" kimi komandaya bu cür boşluqlar vermək olmaz"

"Sabah" kimi komanda ilə matçda böyük boşluqlar buraxmaq olmaz.

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının XXIII turunun "Sabah" ilə oyunsonrası mətbuat konfransında deyib.

Mütəxəssis böyükhesablı məğlubiyyəti şərh edib:

"Bu gün böyük hesabla məğlub olduq. Əlbəttə ki, belə hallarda məşqçi məsuliyyəti öz üzərinə götürür. Bu oyunu təhlil edib səhvlərimizdən nəticə çıxarmalıyıq. Nələri səhv etdiyimizi aşkara çıxarmalıyıq. Oyunçularımızın əksəriyyəti birmənalı olaraq bugünkü oyuna hazır deyildi. İki çox sadə səhvlərdən qol buraxdıq. Ondan sonra isə rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi. "Sabah" kimi komandaya qarşı bu cür boşluqlar yaratmaq olmaz. Çünki onlar bu boşluqlardan istifadə edirlər. Bundan sonra isə hesab arasındakı fərq artmağa başladı. Əlbəttə ki, təhlil etməliyik. Danışacaq çox şey yoxdur".

Qeyd edək ki, "Sabah" - "Qəbələ" oyunu ev sahiblərinin 7:1 hesablı qələbəsi ilə bitib.

Chosen
31
1
far.az

4Sources