EN

Tramp İrana Hörmüz boğazı ilə bağlı TƏLƏB qoydu

ain.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trump Hörmüz boğazı ətrafında mümkün dəniz minaları ilə bağlı İrana çağırış edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" patformasında paylaşım edib.

Tramp bildirib ki, İranın boğazda mina yerləşdirdiyi barədə dəqiq məlumat olmasa da, belə bir hal baş veribsə, onların dərhal təmizlənməsini tələb edir.

"Əgər İran Hörmüz boğazında hansısa minalar yerləşdiribsə, baxmayaraq ki, bunun baş verdiyinə dair bizdə dəqiq məlumat yoxdur, istəyirik ki, onlar dərhal götürülsün", - deyə o yazıb.

Daha əvvəl "CBS News" telekanalı ABŞ xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən xəbər vermişdi ki, Amerika kəşfiyyatı İranın boğazda mina yerləşdirməsi barədə məlumat əldə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
1
oxu.az

3Sources