Serbiyanın Zrenyanin şəhərində U23 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın 2-ci günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan güləşçilər xalçaya çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Ceyhun Allahverdiyev (61 kq) ukraynalı Andrey Şokalyuka tam üstünlüklə (11:0), makedoniyalı Bəşir Aliliyə isə (12:5) hesabıyla qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rəqib ermənistanlı Levik Mikayelyan olacaq.
Ağanəzər Novruzov (74 kq) türkiyəli Muhammet Özmuş (4:1) və moldovalı Yon Markunu (6:1) mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda fransalı Seyfulla İtayevlə bacarmayıb – 2:7. Güləşçimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib ya isveçrəli Florian Bissiq, ya da gürcüstanlı Saba Kobaxidze olacaq.
Vasif Xudiyev (86 kq) də yarışa 1/4 finaldan qoşulub və italiyalı Qabriele Nikkoliniyə heç bir şans tanımayıb – 10:0. Finalın bir addımlığında rusiyalı Bozigit İslamgereyevə minimal fərqlə (2:3) məğlub olan həmyerlimiz bürünc medal uğrunda Radomir Stoyanov (Bolqarıstan) – Raxim Maqamadov (Fransa) görüşünün qalibiylə güləşəcək.
Ali Tsokayev (92 kq) bolqarıstanlı Sali Saliyevlə (13:0) ermənistanlı Knyaz İboyanı (11:0) vaxtından əvvəl yolundan kənarlaşdırıb. Rusiyalı Mustafaqadji Malaçdibirovla gərgin mübarizə şəraitində keçən görüşdən qalib (6:4) ayrılan təmsilçimiz adını finala yazdırıb. Alinin finaldakı rəqibi türkiyəli Fatih Altunbaş olacaq.
Yusif Dursunov (125 kq) rumıniyalı Brian Teçereana (10:0), ermənistanlı Xaçatur Xaçatryana (9:3) və belaruslu Stsiapan Mandriki (3:2) üstələyərək finala vəsiqə qazanıb. Yusif həlledici qarşılaşmada rusiyalı Xabib Davudqadjiyevlə güləşəcək.
Güləşçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb
Güləşçilərimiz Albaniyada final və üçüncü yer uğrunda görüşlərdə çıxış edəcəklər
Güləş üzrə ölkə çempionatı Qazaxda keçiriləcək - İLK DƏFƏ
Azərbaycan güləşçiləri “Muhamet Malo” turnirində çıxış edəcəklər
Güləşçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb