Azərbaycan vətəndaşı İsraildə HƏLAK OLDU
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb. Məlumata görə, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi: "Amid Murtuzov ailəsi ilə birgə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı. Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk. Allah rəhmət eləsin!"
