EN

Hхrmüz boğazında minalanma qorxusu nefti BAHALAŞDIRDI

Trampın Hürmüz boğazı ilə bağlı xəbərdarlığı neft qiymətlərini yenidən bahalaşdırıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər dünya birjalarındakı vəziyyətə istinadən məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın İranın Hürmüz boğazında dəniz minaları yerləşdirə biləcəyi ehtimalı barədə etdiyi sosial media paylaşımı dünya neft bazarına təsirsiz ötüşməyib. Bu açıqlamadan dərhal sonra neftin qiymətində növbəti artım qeydə alınıb.

Trampın xəbərdarlığı qlobal enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb və investorların risk meyillərini gücləndirib. Hürmüz boğazı dünya neft ixracının əsas keçid məntəqəsi olduğu üçün burada yaranacaq hər hansı maneə tədarük zəncirində ciddi qırılmalara səbəb ola bilər.

Hazırda bazarlarda gərginlik davam edir və qiymətlərin artım tendensiyası müşahidə olunmaqdadır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
65
1
interpress.az

2Sources