EN

"San Paulu"nun yeni baş məşqçisi açıqlandı

style='margin-bottom:10px;'>

Braziliyanın məşhur klublarından olan "San Paulu"nun yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Rocer Maçadoya həvalə olunub. 51 yaşlı mütəxəssislə 31 dekabr 2026-cı ilə qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Maçado ilə yanaşı, köməkçiləri Roberto Ribas, Ceyms Freitas və Adailton Bolzan, fitness məşqçisi Paulo Paixan, eləcə də analitik Gilerme Nunes məşqçilər heyətinə qoşulacaq.

R.Maçado dərhal komanda ilə işləməyə başlayacaq. Onun baş məşqçi kimi debütünü Braziliya çempionatının 5-ci tur matçında "Şapekoense" ilə edəcəyi gözlənilir. Görüş martın 12-də keçiriləcək.

Daha əvvəl "San Paulu" 2025-ci ilin yayından bəri komandaya rəhbərlik edən Hernan Krespo ilə yolları ayırdığını açıqlamışdı.

Qeyd edək ki, sözügedən komanda hazırda A seriyasında 10 xalla 2-cidir. "San Paulu" lider "Palmeyras"la eyni xala malikdir.

Chosen
24
teleqraf.com

1Sources