EN

Azərbaycanla bağlı proqnoz dəyişmədi

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2026-2027-ci illər üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin orta gündəlik hasilatı ilə bağlı proqnozunu yeniləyib.

Modern.az xəbər verir ki, EIA-nın aylıq hesabatına görə, 2027-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogenlərin orta gündəlik hasilatı 540 min barel olacaq (proqnoz dəyişməyib).

EIA-nın hesablamalarına görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogen hasilatı da 540 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata görə, 2025-ci ildə Azərbaycanda bu rəqəm gündə 570 min barel, 2024-cü ildə isə gündə 600 min barel olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
79
modern.az

1Sources